Azərbaycanda poçt sahəsində ilk: “Azəri Ekspress” şirkəti beynəlxalq sertifikat aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda ilk dəfə olaraq poçt sahəsində, “Azəri Ekspress” MMM şirkəti beynəlxalq İSO 9001:2015 sertifikatına nail olmuşdur.
“Azəri Ekspress” MMM şirkəti “Societe Generale De Surveillance Azeri Ltd” (SGS)” şirkəti tərəfindən İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi üzrə beynəlxalq standarta layiq görülüb. Sertifikat UKAS akkreditasiyası nişanına malikdir və 3 illik dövrü əhatə edir.
İSO 9001-2015 beynəlxalq sertifikatı idarəetmə və müştəri məmnuniyyətini qazanmaq istiqamətində görülən işləri müəyyən edən fundamental standartdır.
İdarəetmə sisteminin mövcudluğu: risklərin idarə olunmasını, proseslərin tənzimlənməsini və qanunverici, normativ aktlara riayət olunmasını özündə əks etdirir.
Qeyd edək ki, şirkət 1997-ci ildən TNT, 2018-ci ildən isə FedEx poçt nəhənglərinin ölkəmizdəki təmsilçisidir.
Oxşar xəbərlər
Avrora Qrup iki beynəlxalq sertifikat alıb: İSO 14001:2015 və İSO 45001:2018
Avrora Qrup distributor və istehsalçı şirkət kimi ölkəmizin aparıcı qida şirkətlərindəndir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan...