“Astrazeneka” və “Sputnik V”-nin (Sputnik Layt) birinci komponentinin kombinasiyasi Azərbaycanda yüksək immunogenlik profili nümayiş etdirir

“Astrazeneka” və “Sputnik V”-nin (Sputnik Layt) birinci komponentinin kombinasiyasi Azərbaycanda yüksək immunogenlik profili nümayiş etdirir
Promo 3273

Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF, Rusiya Federasiyasının suveren Fondu), "AstraZeneka" və "R-Pharm" şirkətləri "Astrazeneka" vaksininin (Oksford Universiteti ilə birgə işlənib hazırlanmışdır) və koronavirusa qarşı olan "Sputnik V" vaksininin birinci komponentinin (26 serotip insan adenovirusu əsasında "Sputnik Layt" preparatı) kombinasiyalı tətbiqinin immunogenliyi üzrə Azərbaycan Respublikasında aparılan klinik tədqiqat çərçivəsində əldə edilmiş ilkin məlumatları açıqlayırlar.

Heterogen bustinq yanaşması (birinci komponent kimi 26-cı serotip və ikinci komponent kimi 5-ci serotip insan adenovirusundan istifadə edilməklə hazırlanan "vaksin kokteyli") koronavirusa qarşı dünya üzrə qeydiyyatdan keçmiş “Sputnik V” vaksininin əsasını təşkil edir. Koronavirusa qarşı dayanıqlı və uzunmüddətli immunitetin təmin edilməsi üçün bu cür yanaşmanın elmi cəhətdən sübut olunmuş uğurunu nəzərə alaraq, RBİF dünyada ilk dəfə digər vaksin istehsalçıları ilə tərəfdaşlığın yaradılması və “Sputnik V” vaksininin birinci komponentinin xarici preparatlarla kombinasiyasının birgə tədqiqatlarının aparılması təşəbbüsü ilə çıxış etdi.

İlk tərəfdaşlıq 2020-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə bağlandı: RBİF, N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya üzrə Elmi-Tədqiqat Mərkəzi, “R-Farm” Şirkətlər Qrupu və “AstraZeneka” şirkəti “Astrazeneka” vaksininin və “Sputnik V” vaksinin birinci komponentinin kombinasiyasının immunogenliyi və təhlükəsizliyi üzrə birgə kliniki tədqiqatların aparılması üçün əməkdaşlıq memorandumu imzaladılar.

Azərbaycandakı tədqiqatlar 2021-ci ilin fevralında başlayıb. Bu günə qədər 64 nəfər könüllü qaydada peyvənd olunub, kliniki tədqiqatlarda iştirak etmək istəyən könüllülərin qəbulu davam edir. Tədqiqatların ilk 20 iştirakçısı üzərində aparılmış müşahidələrin nəticələrinə əsasən əldə edilən ilkin məlumatlara görə, könüllülərin 100%-də SARS-CoV-2 virusunun “tikanlı” zülalına (S-zülalına) qarşı anticismlərin yaranması müşahidə edilib.

Məlumatların aralıq mərhələdə analizi həmçinin preparatların kombinasiya edilmiş istifadəsinin təhlükəsizliyinin yüksək göstəricilərini nümayiş etdirdi: ciddi arzuolunmaz hadisələr, eləcə də vaksinasiyadan sonra koronavirusa yoluxma halları baş vermədi.

Vaksinlərin kombinasiyasının klinik tədqiqatı bir neçə ölkədə qlobal proqram çərçivəsində həyata keçirilir. Könüllülərin vaksinasiyası Birləşmiş Ərəb Əmirlikləri və Argentinada həyata keçirilir, tədqiqatların Rusiyada və Belarusda aparılması üçün tənzimləyi orqanların bununla bağlı razılığı əldə olunub.

“Sputnil Layt” vaksininin əsas üstünlükləri:

  • "Sputnik Layt" koronavirusa qarşı dünya üzrə ilk qeydiyyatdan keçmiş peyvəndin - "Sputnik V" vaksininin (26 serotip (rAd26)) insan rekombinant adenovirusu) birinci komponentidir.
  • "Sputnik Layt"-ın effektivliyinin 80% səviyyəsində olması iki dəfə inyeksiya olunmağı tələb edən bir çox vaksinlərin effektivliyinin göstəricilərindən yüksəkdir.
  • F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya üzrə Elmi-Tədqiqat Mərkəzinin laboratoriya tədqiqatlarının nəticələrinə görə, "Sputnik Layt" koronavirusun yeni ştamlarına qarşı effektivdir.
  • "Sputnik Layt" vaksininin mühüm üstünlükləri insanın iki onillik ərzində dünyada aparılmış 250-dən çox klinik tədqiqatlar zamanı təsdiqlənmiş təhlükəsizlik, effektivlik və uzunmüddətli mənfi nəticələrinin olmamasından ibarət olan adenovirus vektorlarının öyrənilmiş və sınanmış platforması əsasında yaradılmışdır (belə ki, vaksinlərin tərkibində insan adenoviruslarından istifadənin tarixi 1953-cü ildən başlayır).
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər