Araz Market ilə həmvətənlərinə #güclüol mesajı ver!
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial təcridin davam etdiyi günlərdə bir-birimizi daha az görür, daha az ünsiyyətdə oluruq.Bir-birimizi gördüyümüz məkanlar isə hal-hazırda, demək olar ki, sadəcə marketlərdir.Azərbaycanın ən böyük marketlər şəbəkəsi olan Araz Market isə bunu nəzərə alaraq yeni bir kampaniyaya başlayıb.
#GüclüOl, Azərbaycan – başlığı ilə yayımlanan kampaniya bütün həmvətənlərimizə dəstək məqsədi daşıyır. Belə ki, insanlar sosial mediada bu hashtag-la dəstək mesajları, postları yayımlayırlar. Yayımlanan bu postlar isə www.gucluol.az saytında toplanır və Araz Marketlərdəki ekranlarda insanlara yayımlanır. Beləliklə Araz Market vasitəsilə insanlar tanımadıqları həmvətənlərinə dəstəklərini göstərir, bir-birlərini motivasiya edirlər.
“Yurdumun doğma marketi” sloqanından istifadə edən Araz Market “#güclüol, Azərbaycan” mesajıyla bir daha insanların yanında olduğunu, bizi birləşdirən dəyərləri yada salır.
Siz də öz dəstəyinizlə bu kampaniyaya qoşula bilərsiniz. Bunun üçün #güclüol hashtag-ilə istənilən sosial media səhifənizdən motivasiyaedici dəstək mesajı yayımlamağınız kifayətdir.
Oxşar xəbərlər
Novruz süfrəniz Hədiyyə qazandırır!
Yaz, məhsuldarlıq, sevgi, dostluq və vəhdət bayramı olan Novruz bayramı yaxınlaşır! Bütün Azərbaycan sakinlərinin ən sevimli bayramı ərəfəsində - 3 martdan 20 m...