Bizim Market: O kərə yağları satışa çıxmadan dövriyyədən çıxarılıb - RƏSMİ SƏNƏD

Bizim Market: O kərə yağları satışa çıxmadan dövriyyədən çıxarılıb - RƏSMİ SƏNƏD
Promo 7

Bu gün bəzi media orqanlarında Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin “Belorusskoyo Korova” yağının dövriyyədən çıxarlması ilə bağlı məlumat yer alıb.

Bizim Marketlər şəbəkəsində 12 ton kərə yağının standartlara uyğun olmadığı aşkarlandığı qeyd olunsa da, Bizim Marketdən verilən məlumata görə xəbər forma olaraq dəyişdirilərək oxuculara təqdim edilib. Belə ki, AQTA-nın yaydığı məlumatda da qeyd olunur ki, sözü gedən hadisə ilə bağlı Bizim Market də aldadılıb. Bizim Market MMC qeyd olunan yağı rəsmi qaydada “SN Qida Təhcizat” MMC-dən alıb və buna görə istehsalçı Bizim Marketə AQTA-nın sertifikatını təqdim edib.

Bizim Market: O kərə yağları satışa çıxmadan dövriyyədən çıxarılıb - RƏSMİ SƏNƏD

Araşdırmalar zamanı məlum olub ki, “SN Qida Təhcizat” MMC-nin təqdim etdiyi sertifikat saxtadır və məhsul satışa çıxmadan, dərhal dövriyyədən çıxarılıb. Qida Təhlüksəzilik Agentliyi adından verilən sertifikatın doğru və ya saxta olduğunu yoxlamaq üçün isə bu gün heç bir vasitə yoxdur. Bunun üçün çox yaxşı olardi ki, AQTA istehsalçılara verdiyi sertifikatları öz saytında yerləşdirsin. Supermarketlər də məhsul alarkən ona təqdim olunan sertifikatı agentliyin saytından yoxlasın və bu kimi hallar baş verməsin.

Bizim Market: O kərə yağları satışa çıxmadan dövriyyədən çıxarılıb - RƏSMİ SƏNƏD

Çünki heç bir supermarketin labaratoriyası yoxdur ki, aldığı hər bir məhsulu labaratoriyada yoxlayıb alsın. Buna görə Bizim Market MMC özü də baş verən hadisədə zərərçəkən tərəfdir. Çünki qeyd olunan məhsullara görə təhcizatçıya ödəniş edib. Ancaq bütün bunlar aydın olsa da, media qurumları xəbər başlıqlarında məhz Bizim Marketin adını hallandırıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər