AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları ölkəmizin şəhər və rayonlarında uşaqlar üçün Novruz bayramı münasibətilə tədbirlər təşkil edir, azyaşlıları hədiyyələrlə sevindirir.
Tədbirlər baharın gəlişini öz yurdlarında qarşılayan Şərqi Zəngəzurun və Qarabağın azyaşlı sakinlərini də əhatə edib. Belə ki, Zəngilan, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Xankəndi və Xocalıda təşkil olunan bayram tədbirlərində AHİK rəsmiləri məktəbliləri təbrik edib, onların doğma yurd-yuvalarında bayram keçirmələrinin qürurlu olduğunu vurğulayıblar. Tədbirdə uşaqların inkişafı, hüquqlarının qorunması sahəsində görülən işlərdən, bu istiqamətdə həmkarlar ittifaqlarının fəaliyyətindən bəhs olunub, onların əsl vətənpərvər kimi formalaşması üçün görülən işlər diqqətə çatdırılıb.
Novruz şənliklərində uşaqlar bayram əhval-ruhiyyəsində şeirlər söyləyib, tonqal ətrafında yallı gedib, doğma yurdlarında yaşamağın sevincini bölüşüblər.
Tədbirlərdə AHİK tərəfindən uşaqlara bayram hədiyyələri paylanılıb.
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həyata keçirilən bu humanitar aksiya sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə də təşkil olunub.
Qalereya
Oxşar xəbərlər
"İnşaatçılar" metrosunun yaxınlığında yeni "McDonald"s" restoranı açılıb
Novruz bayramı ərəfəsində, Bakının Yasamal rayonunda "McDonald"s Azərbaycan"ın 31-ci restoranı fəaliyyətə başladı. Yeni restoran A.M. Şərifzadə küçəsi 257 ünvan...
