Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
Abşeron Ticarət Mərkəzi Abşeron yarımadasında aramsız yağışların törətdiyi fəsadların aradan qaldırılmasında sahibkarlara dəstək verir.
Bakı və Abşeron yarımadasında son günləryağan yağış ticarət mərkəzinin yerləşdiyiərazidə bir neçə mağazaya giriş imkanlarınıməhdudlaşdırıb, alış-verişə maneə yaradıb. Bu fəsadlardan bəzi sahibkarlar zərər çəkib.
"Yaranmış vəziyyətin bizdən asılı olmayan səbəblərdən baş verməsinə baxmayaraq, Abşeron Ticarət Mərkəzi dəymiş zərərin qarşılanmasında, fəsadların aradan qaldırılmasında sahibkarlara dəstək göstərir," – Abşeron TM-in marketinq şöbəsinin rəhbəri Erhan Topkaya belə bildirib. Hazırda sığortalı obyekt sahiblərinəsığorta predmeti üzrə ödənişlərin təmin edilməsi üzərində işlərə başlanılıb.
Qeyd edək ki, Abşeron Ticarət Mərkəzi sahibkarlar üçün sığortalanmış biznesi təmin edir. Ərazidə yerləşən bütün mağaza və anbarlar Abşeron Ticarət Mərkəzi tərəfindən tam şəkildə sığortalanır.
Oxşar xəbərlər
"Kristal" və "Landau Education Group" arasında əməkdaşlıq memorandumu imzalanıb!
"Kristal" və "Landau Education Group" arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd tərəflər arasında təhsil və infrastruktur sahəsində birgə layihələrin həy...