A+CO ASC maye karbon qazı istehsalına başladı

A+CO ASC maye karbon qazı istehsalına başladı
Promo 151

A+CO ASC, beynəlxalq keyfiyyət standartlarına cavab verən, təbii tərkibli maye karbon qazı (CO₂) istehsalına başlamışdır. Şirkətin istehsal etdiyi karbon dioksid qazı, "ГОСТ 8050-85" standartına uyğun olaraq, yüksək təmizlik dərəcəsinə malikdir (99.99% CO₂ ). Məhsulun gündəlik istehsal həcmi 6-8 ton təşkil edir.

İstehsal olunan karbon dioksid qazı, müxtəlif sahələrdə, o cümlədən qida sənayesi, kənd təsərrüfatı, tibb, kimya və metallurgiya sahələrində geniş şəkildə istifadə edilir. Məsələn, "quru buz", qazlı içkilərin istehsalında, bitki böyüməsinin sürətləndirilməsində, dərman daşınmasının asanlaşdırılmasında və metal emalı proseslərində də mühüm rol oynayır.

A+CO ASC tərəfindən istehsal olunan karbon dioksid qazı beynəlxalq keyfiyyət standartlarına uyğundur, AQTA tərəfindən təsdiqlənmişdir və "AZS uyğunluq sertifikatı", ISO 22000 FSSC 22000 keyfiyyət sertifikatlarına sahibdir. Sertifikatlar məhsulun yüksək təmizlik standartlarına uyğun olduğunu təsdiq edir və ekoloji tarazlığın qorunulmasına xüsusi diqqət yetirildiyini göstərir.

A+CO ASC-nin bu təşəbbüsü, yerli istehsalçıların gücləndirilməsinə və idxal asılılığının azaldılmasına kömək etməklə yanaşı, həm də ölkə iqtisadiyyatına dəyərli töhfə verir və ekoloji baxımdan müsbət təsir göstərir.

Əlaqə nömrəsi: +994 51 207 70 60

Ünvan: Xırdalan şəhəri, Həsən Əliyev 121

A+CO ASC

Sayt: https://www.aplusco.az/

FB: https://www.facebook.com/ApluscoXirdalanSharab

IG: https://www.instagram.com/aplus

Son xəbərlər