30 iyun tarixində Test&Training Mərkəzində “Porsche Günü” keçirildi
05
iyl
2019
10:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
30 iyun tarixində Test&Training Mərkəzində “Porsche Günü” keçirildi. “Porsche Azərbaycan” tərəfindən təşkil edilmiş bu tədbirdə Porsche sahibləri avtomobillərini müxtəlif şəraitlərdə sınaqdan keçirə, öz bacarıqlarını nümayiş etdirə bilərdilər.Tədbirdə jurnalistlər komandasına da özlərini göstərmək şəraiti yaradılmışdı. BAKU.WS-in əməkdaşları da Porsche-nin ən son modellərini sürərək öz sürücülük bacarıqlarını nümayiş etdirdilər. Daha ətraflı məlumat üçün “Porsche Azərbaycan”ın marketinq mütəxəssisi Amal Əliliyə müraciət etdik:- “Porsche Günü” kimi tədbirlər Porsche brendinin strategiyasına uyğun olaraq dünya üzrə müxtəlif ölkələrdə təşkil olunur.Əsas məqsəd – Porsche sahiblərinin qeyri formal şəraitdə görüşüb ünsiyyət qurması, yeni modellərlə tanış olması, özlərini və avtomobillərini sınaqdan keçirməsi və sadəcə gününü şən və əyləncəli keçirməsidir. Dəvət olunanların bir çoxu bu tədbirə dostları və ya ailə üzvləri ilə qatılır. Bu il biz də öz ənənəvi Porsche sahiblərinin görüşünü bu formatda keçirmək qərarına gəldik. Test&Training Mərkəzi bir günlük Porsche mərkəzinə çevrildi. Qonaqlar burada sərgilənən avtomobillərlə tanış ola, onları sürüb test edə bilərdilər. İstirahət ərazisində quraşdırılmış 360 dərəcəli görüntüyə malik avtomobil simulyator oyunları həm böyüklərin, həm də uşaqları cəlb edirdi.Əsas diqqət isə, əlbəttə ki, trekə yönəlmişdir. Burada Porsche sürücülərini sürət hissi, sürüşkən dairədə hərəkət, dost köməyi, dinamik plitə və paralel parklama adlandırılan 5 mərhələdən ibarət sınaqlar gözləyirdi. İlk baxışdan sadə görünən müsabiqə şərtləri iştirakçılardan bacarıq və dəqiqlik tələb edirdi. Müsabiqələr başa çatdıqdan sonra isə, Porsche sahibləri öz məharətlərini xüsusi tərtib edilmiş trasda nümayiş etdilər.Məqsəd – trası mümkün qədər tez keçmək idi. “Porsche Günü” mükafatlandırma mərasimi ilə sona yetdi. Demək olar ki, hədiyyəsiz qalan olmadı. Bu tədbirin hər il keçirilməsini nəzərdə tutulur.Azad ƏLİYEV
Qalereya
Oxşar xəbərlər
Porsche Servisdən bahar təklifi – üçü birində cəmi 123 manata
Ənənəvi olaraq Porsche Azərbaycan şirkəti bahar kampaniyasına start verir. Kampaniya çərçivəsində 15 aprel tarixinədək 2014-cü ilə qədər bütün Cayenne modelləri...