SİZİN REKLAM BURADA!
055 213 76 73


Sağlam həyat tərzi üçün – 5 TÖVSİYƏ

Evdə divan-kreslo-yataq arasındakı turistik səfərlərimizdən sonra birdən anlayırıq ki, artıq sağlam həyat tərzinə geri-dönüş etməyin vaxtıdır.

Çünki şəkərbura-paxlava sezonu bitdikdən sonra bir bu qədər də evdə oturmaq heç də yaxşı fikir deyil. Yaxşı fikirlər isə bizdə var. Sağlam qalmaq və gündəlik ritmimizi qorumaq üçün nələr etmək vacibdir, biz sizə deyəcəyik.
1 – Sağlam həyat tərzi üçün idman edin!

Bəli, salona gedib foto çəkdirib paylaşmadan da idman etmək olar. İnternetdə bunun üçün yüzlərlə resurs var, sadəcə özünüzə uyğun məşq proqramını tapın və hər gün 1 saatınızı buna ayırın. Saat demişkən, Mi Band 4 alıb idman nəticələrinizi oradan izləyə bilərsiniz.

Bu sizə əlavə motivasiya olacaq. Motivasiya deyəndə isə təbii ki, tərəziyə çıxıb verdiyimiz kiloları görməkdən yaxşısı ola bilməz. Bu smart tərəzi adi tərəzidən daha çoxunu edir, əzələ, piy, sümük və su kütləsi göstəricilərini alır, sizə onlara uyğun nəticələr verir.

Huawei markalı tərəzini xüsusi tətbiqetmə vasitəsilə də izləyə bilərsiniz. Tətbiqetmələri rahat idarə etməyiniz üçün güclü smartfona ehtiyacınız ola bilər.

Son zamanların ən sevilən smartfonu Redmi Note 8 – məsləhətdir! Ağıllısı budur ki, smart qadcetlərə özünüz yuxarıdakı linklərdən baxasınız. Biz isə çox uzatmadan keçək ikinci tövsiyəmizə!

2 – Dadlı və sağlam qidaya başlayın!

Bu gün də yeyək sabahdan idmana başlayırıq dediyinizi eşidirik. Buna ehtiyac yoxdur, hər gün yeyin, amma sağlam yeyin.

Qızartma sevənlər, dadlı yeməklərin sağlam yolu var. Restorandakı kimi ət, toyuq, tərəvəz hazırlamaq üçün izqaradan yaxşısı yoxdur. Daha sağlamı da! Asan, ləzzətli və dadlı!

3 – Bol vitaminli içkilər qəbul edin!

Bol su için deməyəcəyik, bunu onsuz da bilirsiniz. Həm maye, həm vitamin ehtiyacınızı ödəmək, həm də günə enerjili başlamaq üçün evdə sıxılmış şirə için. Şnek tipli şirəçəkənlərin üstünlüyü ondan ibarətdir ki, meyvənin şirəsini son damlasına qədər çəkir və geriyə yalnız quru cecə qalır.

Həm də şirəni soyuq sıxma ilə çəkdiyi üçün, bütün vitaminlər şirədə qalır. Əgər günə daha da rəng qatmaq məqsədiniz varsa, blenderi götürə və özünüzə dadlı smuzilər hazırlaya bilərsiniz. Ürəyinizi buz kimi saxlayın, Philips blenderinin buzqırma özəlliyi də var.

Ən az sevimli kafedəki qədər içki seçimi yaratmaq üçün tövsiyə etdiyimiz məhsulları gözdən keçirin.

4 – Şəxsi baxımınıza diqqət edin!

Formada olmaq bəs etmir, həm də gərək öz gözünüzə xoş görünəsiniz! Bu sizin gümrahlığınıza birbaşa təsir edir. Bu dəfə başqaları üçün yox, özünüz üçün bəzənin!

Saçlarınızın formasını itirməməsi və sağlam qalması üçün Gorenje fenini məsləhət bilirik. Əziz kişilər, siz isə evdəyəm deyib saçı-saqqala qarışdırmayın.

Üz dərinizin sağlamlığını qorumaq üçün Philips üzqırxanından istifadə etməyiniz məsləhətdir. Xanımları örnək alın, istənilən vəziyyətdə özünüzə qulluq etməyi unutmayın. Axı sağlam olmaq da gözəldir! 

Şəxsi baxım məhsulları ilə daha detallı tanış olasınız deyə məhsulların üzərinə link yerləşdirmişik.

5 – Sağlam qalmaq üçün əhvalınızı yüksək tutun!

Əhvalımız yaxşı olanda özümüzü də əla hiss edirik. Televizorunuzda və ya noutbukunuzda sevdiyiniz mahnının səsini yüksəldin və evdə parti başlasın.

Yarıda qalan film və serialları da izləmək də əhvalınıza yaxşı təsir edəcək. Bütün bunlar üçün noutbukum yoxdur deyirsinizsə, Acer Extensa-nın parametrləri sizin ehtiyacları artıqlamasıyla ödəyəcək. Yox, daha böyük ekrana keçmək istəyirsinizsə, sizə 4K dəstəkli Xiaomi televizorunu tövsiyə edirik. Yeni məlumatlarla və fərqli TV layihələrlə beyniniz və zövqünüz də sağlam qalsın.

Texnologiya sevənlər onsuz da bilir, amma biz yenə də qeyd edək, yuxarıdakı linklərdən daha ətraflı məlumat ala bilərsiniz.

Sağlamlıq demiş, bütün bu məhsulları kontakt.az-dan sifariş etsəniz, rahat və pulsuz çatdırılmadan əlavə, kuryerlər bütün gigiyenik şərtlərə tam əməl edəcək. Üstəlik istədiyiniz məhsul haqqında onlayn video-konsultasiya xidmətləri də var. *6060-a zəng edərək və ya 050 411 60 60 nömrəsinə WhatsApp-da yazaraq nömrənizi qoyursunuz, sizə bütün mağazanı video zəng edərək göstərirlər.

Sağlam həyatdan zövq almağın vaxtıdır!

BAKU.WS