12 mart 2020-ci il tarixində  Xəzərin sahilində Azərbaycanın ən böyük ticarət mərkəzi olan Dəniz Mall açılacaqdır.

Sidney Opera Evinin memarlıq üslubunda inşa edilən Dəniz Mall ölkə sakinləri üçün əsas əyləncə məkanına çevriləcəkdir. Ticarət mərkəzinin xarici görünüşü London dizayneri Çapman Taylor tərəfindən hazırlanmış və Azərbaycan bayrağındakı ulduzu əks etdirən səkkizguşəli ulduz şəklində tikilmişdir.

Xüsusi qiymətlər, Apple sehri və bir çox yeniliklər Dəniz Mall-un açılışı günü bütün Apple pərəstişkarlarını gözləyir.

Alma Store - Azərbaycan Respublikasında Apple Premium Reseller statuslu yeganə satış nöqtəsidir. Yeni Alma Store martın 12-də Dəniz Mall AVM-də fəaliyyətə başlayacaq.

Mağaza Apple məhsulları ilə AVM-nin birinci mərtəbəsində yerləşəcək və Apple standartlarına uyğun müasir dizaynda olacaq.

Alma Store açılış gününə özəl - martın 12-dən 15-dək aksiya elan edir, bu müddət ərzində müştərilər aşağıdakı orijinal Apple məhsullarını xüsusi qiymətlərlə əldə edə biləcəklər:

- MacBook Air 128 GB, Space Gray - 2299 AZN

- iPad 10.2,  Wi-Fi 32 GB, Space Gray - 749 AZN

- iPhone 11 64 GB, Black, White, Red, Purple - 1799 AZN

- AirPods with charging Case - 299 AZN.

Qeyd edək ki, xüsusi qiymətlər yalnız dörd gün ərzində - 12 martdan 15 martadək etibarlı olacaq, burada sizləri xoş təəssürat və əlverişli alış-veriş gözləyəcək.

Alma Store Mac kompüterlərinin, iPhone smarfonlarının, iPad planşetlərinin bütün çeşidlərini, aksessuarlarının və proqram təminatının bütün növlərini təklif edir.

Alma Store-da  hər zaman sizə lazım olan avadanlıq seçməyinizdə kömək edəcəklər. Bununla yanaşı siz istədiyiniz zaman Alma Store-a yaxınlaşıb, sizi maraqlandıran suallara cavab və peşəkar məsləhət ala bilərsiniz.

Alma Store haqqında daha ətraflı məlumatı rəsmi veb saytdan, həmçinin Facebook, İnstagram sosial şəbəkələrindən əldə etmək olar.

BAKU.WS