SİZİN REKLAM BURADA!
055 213 76 73


“Kapital Bank” sosialyönümlü fəaliyyətinə uyğun olaraq Təhsil Nazirliyinin təşkil etdiyi Respublika Fənn Olimpiadalarının keçirilməsinə dəstək göstərib.

Fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə 30 mindən çox şagird tədbirdə iştirak edib.

İyunun 19-da olimpiadanın qaliblərinin təltif edilməsi mərasimi keçirilib. Tədbirdə Təhsil naziri Ceyhun Bayramov, ali məktəb rektorları, dövlət rəsmiləri, Milli Məclisin deputatları, ictimai xadimlər və digər qonaqlar iştirak edib.

Olimpiadada hər fənn üzrə olan qaliblərə müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə təltif edilib.

Həmçinin sonda ölkənin güclü şagirdləri “Birincilərin birincisi” nominasiyasında elan olunub.

Qeyd edək ki, təhsil layihələrinə dəstək verən “Kapital Bank” hər il Təhsil Nazirliyi ilə birgə bir neçə layihə həyata keçirir.

Yaxın gələcəkdə təhsillə bağlı yeni birgə layihələrin reallaşdırılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
BAKU.WS