Goranboyda 33 yaşlı kişi qətlə yetirildi: Atası saxlanıldı

Goranboyda 33 yaşlı kişi qətlə yetirildi: Atası saxlanıldı
Hadisə 75

Goranboy rayonunda qətl hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzindəki küçələrdən birində qeydə alınıb.

İlkin məlumata görə, Goranboy şəhər sakini, 1969-cu il təvəllüdlü Şahin Aslanov ailə münaqişəsi zəminində yaşadığı evdə oğlu, 1993-cü il təvəllüdlü Elvin Aslanova kəsici alətlə xəsarətlər yetirib.

Ağır xəsarətlər alan 33 yaşlı Elvin Aslanov hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elvin Aslanovun qətlində şübhəli bilinən 57 yaşlı Şahin Aslanov saxlanılaraq istintaqa təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər