VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


2016-cı ildə daxili istintaq zamanı Nikoil Bank tərəfindən Sumqayıt filialının bəzi sabiq işçilərinin fəaliyyətində qanun pozuntularını aşkar olunmuşdu. Nikoil Bank sabiq işçilərinə qarşı cinayət işinin açılması ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xahiş ilə müraciət etmişdi.

Bugün Baş Prokurorluq tərəfindən bu işin gedişatı ictimaiyyətə açıqlandı və rəsmi bəyanatda istintaqın nəticələri yayımlandı. Nikoil Bank bu istintaqın uğurla başa çatması ilə əlaqədar Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına öz minnətdarlığını bildirir.

2016-cı ildən etibarən Nikoil Bankın yeni rəhbərliyi daxili proseslərdə islahatların həyata keçirilməsilə müasir idarəetmə proseslərini tətbiq etdi. Bank xidmətlərinin göstərilməsində rəqəmsal transformasiyanı həyata keçirən Nikoil Bank artıq yeni inkişaf mərhələsinə keçid alıb.

BAKU.WS