Yenilikləri ilə daim səhiyyədə nəaliyyətlər qazanan “Caspian International Hospital”ın nəznində “Dr. Cahid Şahbazov Lazer Cərrahiyyə Mərkəzi” fəaliyyətə başlayıb.

Mərkəz ölkəmizdə ilk dəfə olaraq yeni nəsil cihazların tətbiqi ilə əməliyyat və müayinə prosedurlarına bu həftədən etibarən start verib.

Mərkəzdə fəalliyət göstərən Dr.Cahid Şahbazov ilk dəfə xüsusi lazer müalicə üsulu tətbiq edərək yüksəkdərəcəli mənfi, müsbət və astiqmatizmdən azadetmə şansını ölkəmizə gətirib.

Qafqazda analoqu olmayan və istifadəsinə ilk dəfə Azərbaycanda başlanılan, ən son texnologiya və müalicə üsulları sayəsində gənc nəsil eynəklərlə vidalaşacaq.

Ölkəmizdə ilk dəfədir ki, bir mərkəzdə dünyanın ən son texnologiyası toplanıb.

Buraya “No tuch” texnologiyası, diaqnostika, tomoqrafiya və lazer cərrahiyyəsi daxildir.

Hansı ki, Türkiyədə belə, sözügedən texnologiya ilə işləyən cüzi sayda klinika var.


Klinikanın əsas məqsədi aztəminatlı ailələrə dəstəkdir. Belə ki, burada tomoqrafiya, OCT, göz sinirləri ilə bağlı prosedurların bir çoxu havayıdır.
9 ildir oftalmologiya sahəsində fəaliyyət göstərən Dr. Cahid Şahbazov illər ərzində müalicə üsullarındakı prosedurlarla bağlı qiymət dəyişikliyi etməyərək stabil saxlayıb. Bu da öz növbəsində oftalmoloqun xəstələrinin ondan razı qalmasına şərait yaradıb.

Hazırda Azərbaycanın bir çox bölgəsindən gələn vətəndaşlarla çalışan Dr. Cahid Şahbazov indiyədək minlərlə pulsuz əməliyyatlar edərək, insanların rahat görməsinə və işığa qovuşmasına şərait yaratmışdır.

Klinikada atası həbsdə olan, atası tərəfindən imtina edilən, atası olmayan uşaqlar, habelə, yaşlılar və kimsəsizlərə pulsuz xidmət göstərilir.

İnsanlara kömək məqsədini daşıyan bu şərait isə Dr. Cahid Şahbazovun şəxsi təşəbbüsü və imkanları nəticəsində formalaşıb və heç kim tərəfindən maliyyələşdirilmir.

Müxtəlif fondlarla mütəmadi əməkdaşlıq edən oftalmoloq onların göndərdiyi yaşlı insanlar və kimsəsizlərə pulsuz tibbi yardım göstərir və əməliyyatlar həyata keçirir.

Dr. Cahid Şahbazov isə xeyirxah əməllərini belə xarakterizə edir:

“Düşündüm ki, aztəminatlı ailələrə biganə qalmalı deyiləm və öncələri ayda bir nəfər xəstəni pulsuz əməliyyat edirdim. Gördüm ki,bu mənə ruh yüksəkliyi və xoşbəxtlik gətirir. Ona görə də, hər dəfə pulsuz əməliyyatların sayını artırdım. Elə vaxtlar olurdu ki, 100 xəstəni birdən pulsuz əməliyyat edirdim. Hazırda isə komandamla birlikdə hər üç aydan yardım aksiyaları həyata keçiririk. Onu da qeyd edim ki, çalışdığım klinikalar bu addımlarımda mənə dəstək olur, aztəminatlı ailələrdən pul almırdılar”.

Şahbazov fikirlər daha sonra belə davam edir:

“Klinikamıza bölgələrdən əməliyyat olunmaq üçün gələn xəstələr VİP palatalarda pulsuz qala bilirlər. Onların rahatlığı üçün xəstəxana şəraitində bütün xidmətlər göstərilir”.

Qeyd edək ki, Türk Oftalmoloji Dərnəyinin və Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin Fəxri üzvü olan Cahid Şahbazov fəaliyyətə 9 il öncə başlayıb.

“Bayram günləri hər kəs evdə olanda mən işləyirdim. Bu gün bunun bəhrəsini görürəm və bütün bunlar məni sevindirir. Vaxtilə iki yaşında əməliyyat etdiyim müştərim hazırda 11 yaşındadır. Gənc yaşlarımda mənə etimad göstərən insanlara sonsuz təşəkkür edirəm. Yardım etmək hər kəsin borcudur. Ölkəmizdə çox insanlar var ki, onlar gizlicə yardımlar edirlər. Ancaq bu, məndə alınmır. Çünki bunu informasiya olaraq yaysam, daha çox insana kömək etmiş olacağam. Görmə zəifliyi yüksək olan insanların əməliyyatdan sonra onların sevinc göz yaşlarını görmək heç bir maddiyatla ölçülə bilməz. Bu duyğunun izahı yoxdur”, - deyə, Şahbazov bildirir.

Onu da bildirək ki, Dr. Cahid Şahbazov Azərbaycan Tibb Universitetinində və Ege Universitetində təhsil alaraq, göz xəstəlikləri üzrə uzmanlıq qazanmışdır. İndiyədək dünyanın bir çox öndəgedən tibb portallarında elmi məqalələri yer alıb.