SİZİN REKLAM BURADA!
055 213 76 73


HUAWEI, sizi imkanlar dünyasına aparacaq yeni smartfonu, nova 12i-ni təqdim etdi. Smartfon, dəbli dizaynı, qabaqcıl texnologiyaları və inanılmaz funksionallığı özündə birləşdirir ki, bu da onu keyfiyyəti qiymətləndirən və mükəmməlliyə can atan hər bir kəs üçün ideal seçimə çevirir.

Bu cihaz ilk baxışdan insanı heyran edir. Kosmik rənglərdə olan, sehrli zümrüd və obsidian qara rənglər olmaqla, iki variantda təklif edilir. İşıqlı mühitdə ulduzlu səma kimi parlayan bu smartfona elə ilk baxışdan vurulacaqsınız. Smartfonun korpusu keyfiyyətli plastikdən hazırlanmışdır ki, bu da ona müasir görünüş verir və onu əldə saxladıqda xoş bir hiss yaradır.

HUAWEI nova 12i ilə həyatınızın mühüm anlarını foto və videolarda yadigar saxlayın. Smartfonun 108 MP olan əsas kamerası ən kiçik detalları belə qeydə alır və sizin çəkilişlərinizi həqiqətən də gerçək və canlı edir. RAW formatında bir neçə kadrı birləşdirən alqoritmlər sayəsində şəkillər dəqiq və aydın görüntüyə malik olur. Smartfon, bu xüsusiyyətlərinə görə istifadəçiyə çəkdiyi hər bir şəklin keyfiyyətinə tam əmin olmağa imkan yaradır.

Smartfon, yüksək parlaqlığı və 90 Hz yenilənmə tezliyi ilə 6,7 düym ölçüsündə bir ekrana sahibdir. Bu, istər film izləmək, oyun oynamaq, istərsə də sosial şəbəkələrdə ünsiyyət zamanı smartfonla sürətli əlaqəni təmin edir. "Yumşaq qaralma" funksiyası ekranın parlaqlığını mühitin işıqlığına avtomatik olaraq uyğunlaşdırır və gözlərinizin yorulmasının qarşısını alır.

HUAWEI nova 12i, güclü Snapdragon 680 prosessoru vasitəsilə işləyir. Bu da yüksək məhsuldarlıq verir və proqram təminatının sürətli işini təmin edir. Smartfon, uzun müddətli şəbəkədənkənar işləmə rejimi təmin edən 5000 mAh tutumlu batareyaya malikdir. HUAWEI SuperCharge Turbo 40 Vt sürətli şarj funksiyası isə cihazı cəmi 30 dəqiqəyə 62% doldulmağa imkan verir.

Cihaz, məlumatlarınızın yüksək səviyyəli təhlükəsizliyini və məxfiliyini təmin edən yeni EMUI 14 interfeysi üzərindən işləyir. O, “üz tanıma” funksiyası və “barmaq izi” skaneri ilə təchiz edilib ki, bu da cihazınızı sürətli və təhlükəsiz şəkildə kiliddən açmağa imkan yaradır.

HUAWEI nova 12i gəncliyin və yeni zirvələrin fəth edilməsinin rəmzidir. O, hər hansı bir vəziyyətdə sizə etibarlı yoldaş olacaq, hədəflərinizə çatmaqda və yeni uğurlar qazanmaqda köməkçi olacaq.

BAKU.WS