SİZİN REKLAM BURADA!
055 213 76 73


25 sentyabr 2023-cü il tarixində, Bakı şəhərinin ən gözəl hotellərindən olan “Landmark” hotelin, “Rotunda” zalında, “Business Hunter”-biznes klubunun rəsmi açılış mərasimi baş tutmuşdur.
 
Tədbirdə 100-dən çox sahibkar, top menecer və fəxri qonaqlar iştirak etmişdir. Tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə başlamış və ardınca Vətən uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. 
Tədbirə giriş nitqi ilə başlayan biznes klub rəhbəri İlkin Mirzəzadə, klubun gələcək fəaliyyətləri, perspektivləri və ümumi strateji baxışlar barəsində məlumat vermişdir. Tədbirin rəsmi hissənin digər fəxri qonaqları olan Azərbaycan Respublikası Milli Məclisinin deputatları Naqif Həmzəyev və Jalə Əhmədova öz ürək sözlərini tədbir iştirakçılarına çatdırmışdır. Sahibkarlığın İnkişafı Fondunun şöbə müdiri İsmayıl bəy isə, fondun fəaliyyət istiqamətləri barədə detallı məlumat vermiş və klubun üzvlərinə fondun fəaliyyətlərindən yararlanmaqlarını tövsiyə etmişdir.
 
Tədbirdə biznes kluba üzv olan 2 şirkətə (Jabbarlı Design və Crea Time) fəxri qonaqlarımız olan Millət Vəkillərimiz tərəfindən, üzvlük sertifikatları təqdim edilmişdir. 
 
Tədbirin növbəti hissəsində, sahibkarlar və idarəçilər arasında B2B şəbəkələşmə davam etmişdir. Ardınca musiqili heyət çıxış etmiş və tədbirin sonu xüsusi team building yarışması ilə başa çatmışdır. Oyunda,qalib gəlmiş 2 komandaya axşam ziyafəti hədiyyə edilmişdir.
 
Tədbirin sonunda xatirə şəkili çəkdirilmişdir.


BAKU.WS
QALEREYA