SİZİN REKLAM BURADA!
055 213 76 73


“R-Pharm” Şirkətlər Qrupunun Azərbaycandakı əczaçılıq kompleksi “Servier Azerbaijan” şirkəti ilə birgə ölkənin aparıcı endokrinoloqlarının, o cümlədən Səhiyyə Nazirliyinin Baş endokrinoloqunun və Respublika Endokrinoloji Mərkəzinin Baş həkimi Babək Salekin "R-Pharm" dərman vasitələrinin istehsalı zavoduna işgüzar səfərini təşkil edib. 

Mütəxəssislər sözügedən səfər çərçivəsində zavodun istehsal sahəsinə baş çəkib və bütün dünyada 2-ci tip şəkərli diabet xəstələrinin müalicəsində geniş istifadə olunan orijinal fransız preparatı Diabeton® MR-nin qablaşdırma prosesini müşahidə edə biliblər. Orijinal preparat Diabeton® MR keçən ilin ikinci yarısından Azərbaycandakı “R-Pharm” zavodunda qablaşdırılır. İstehsalat kompleksinə təşkil edilən səfər həkimlərə texnoloji proseslə yaxından tanış olmaq, eləcə də bütün mərhələlərdə istehsalat mexanizmi və prinsiplərini daha yaxşı başa düşmək imkanı verdi.

Hazırda “R-Pharm” zavodu Azərbaycanda istehsalatı beynəlxalq GMP standartlarına tam uyğun həyata keçirən ilk və yeganə dərman preparatlarının istehsalçısıdır. Qonaqlar əmin oldular ki, zavoddakı əməliyyatların böyük əksəriyyəti avtomatlaşdırılmış istehsal sistemləri ilə həyata keçirilir. İstehsalat prosesi zamanı məhsulların keyfiyyətinə hər mərhələdə nəzarət edilir ki, bu da insan amilini minimuma endirməyə və buraxılan dərman vasitələrin keyfiyyətinə zəmanəti təmin etməyə imkan verir.

Şirkət nümayəndələri həmçinin mütəxəssislərə 2-ci tip şəkərli diabetin müalicəsi standartlarının ən son tələblərinə uyğun olaraq dərman preparatlarının həm tablet, həm də infuziya formalarının istehsalına imkan verən müxtəlif istehsal xətlərini nümayiş etdiriblər.

İstehsalat mərhələləri, dərman preparatlarının keyfiyyəti və gələcək inkişaf perspektivləri ilə bağlı verilən çoxsaylı suallar nümayiş etdi ki, ekskursiya iştirakçıların böyük marağına səbəb oldu.

Bakıdakı “R-Pharm” əczaçılıq kompleksi MDB məkanında istehsalat, laboratoriya və logistika bloklarını özündə birləşdirən ən müasir zavodlardan biridir. Yüksək texnologiyalı avadanlıqlarla təchiz edilmiş obyektin sahəsi 4,6 hektardır. Zavodun istehsal gücü ildə 250 milyon ədəd məhsuldan çoxdur.

Bakıdakı “R-Pharm” zavodunda bir sıra sosial əhəmiyyətli xəstəliklərin: onkoloji, kardioloji, endokrinoloji, hematoloji, antibakterial, virus və digər xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin istehsalı planlaşdırılır. O cümlədən Hepatit C, şəkərli diabet, vərəmdən, eləcə də onun aqressiv davamlı formalarından əziyyət çəkən xəstələr də qabaqcıl terapiyadan yararlana biləcəklər.

BAKU.WS
QALEREYA