Azərbaycanda narkomaniya və alkoqolizm asılılığından müalicə edən Mərkəz fəaliyyətə başlayıb - VİDEO
Ölkəmizdə alkoqolizm, narkomaniya və qumar asılılığı ilə mübarizə aparmaq üçün yeni “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi” fəaliyyətə başlayıb.
BAKU.WS xəbər verir ki, reabilitasiya mərkəzinin yaradılmasında məqsəd narkomaniya və alkoqolizmdən əziyyət çəkmə hallarının aradan qaldırılması, həm də müşayiət olunan psixoloji pozğunluqların və ağırlaşmaların düzəldilməsi üçün mütərəqqi metodlardan istifadə edərək xəstələri əvvəlki sağlamlığına qaytarmaqdır.
Paytaxt Bakıda yerləşən mərkəzdə müalicə alan şəxslərin rahat qalması üçün lazım olan bütün şərait yaradılıb. Reabilitasiya mərkəzində pasiyentlərin yüksək keyfiyyətli, müasir və zəruri psixoloji yardım alacağına zəmanət verilir.
Reabilitasiya mərkəzi qeydiyyatdan keçən və müalicə alan xəstələrin kimliyinin məxfi saxlanılmasına tam zəmanət verir. Bundan əlavə, lazım gəldiyi təqdirdə, “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi” paytaxtın ən yaxşı klinikalarında diaqnostika və müalicə təşkil etmək gücünə də malikdir.
Mərkəzdə fəaliyyət göstərən psixoloq və konsultantlar Bakıda ekzistensial reabilitasiyanın ən yeni üsulları ilə işləyir, dünyaca məşhur 12 STEPS proqramına uyğun çalışırlar.
Qeyd edək ki, Azərbaycanda yaşamayanlar da sözügedən reabilitasiya mərkəzinin xidmətlərindən yararlana bilər.
“SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi” xəstələrə spirt və narkotik asılılığından qurtulmaq üçün ev qədər rahat atmosfer, tam reabilitasiya kursu, psixoloji dəstək və konsultasiya kimi müalicəyə tam zəmanət verir.
Bu mərkəzlə əlaqə saxlayaraq özünüzü və ya sevdiyinizi əvvəlki sağlamlığına yenidən qovuşdura bilərsiniz!
Əlaqə nömrəsi: 077 223 43 93
https://www.instagram.com/spr_baku/
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...