VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddətdir gözlənilən iPhone 13 modelləri sabahdan başlayaraq rəsmi satışda olacaq. 15 oktyabr tarixindən etibarən Siz Azərbaycanda fəaliyyət göstərən “Apple” brendinin rəsmi tərəfdaşları olan mağazalardan iPhone 13 smartfonlarını istər nağd, istər ilkin ödənişsiz, faizsiz, kredit şərtləri ilə əldə edə bilərsiniz!

iPhone 13 üçün rəsmi təyin olunmuş ilkin qiymətlər belə olacaq: iPhone 13: 2339 ₼-dan,

iPhone 13 Pro: 2899 ₼-dan

Yerli bazarda iPhone 13 bir həftədən çoxdur ki, bəzi şəbəkələr və ya fərdi sahibkarlar tərəfindən satılır. Məsələn, Tut.az Pulsuz Elanlar saytında qeyd olunmuş məlumatlara əsasən, yeni iPhone məhsullarını elə indi əldə etmək mümkündür – bəzi iPhone 13 qiymətləri belədir:

iPhone 13 256 gb - 2399₼, iPhone 13 Pro 128 gb - 2599₼, iPhone 13 Pro 256 gb - 2799₼, iPhone 13 Pro Max 128 gb - 3099₼, iPhone 13 Pro Max 256 gb - 3399₼

Qeyd etmək lazımdır ki, yeni Apple smartfonları beş yeni rəngdə təqdim olunub, yeni super-suyadavamlı şüşə ilə təchiz edilib, iPhone 13 və iPhone 13 mini modellərində “Super Retina XDR” displeyi yer alıb. Bütün yeni cihazlarda aparat platforması kimi 5-nanometrlik yeni “Apple Bionic A15” prosessor yerləşdirilib.

Şirkət əmin edir ki, yeni iPhone təkmilləşdirilmiş ekrana və daha güclü prosessora malikdir, bu isə batareyanın ömrünü artırır.

BAKU.WS