Son dönəmlər təqdim etdiyi avtomobil modelləri ilə Azərbaycan avtomobil həvəskarlarının rəğbətini qazanan “FAW Azərbaycan” sosial media hesabları üzərindən maraqlı video görüntü təqdim edib.

Belə ki, bir neçə ay öncə Qarabağ futbol klubu ilə imzalanan tərəfdaşlıq müqaviləsi çərçivəsində Azərbaycan futbolunun ən reytinqli məşqçisi Qurban Qurbanov “FAW” markasının siması seçilib. Sevilən futbol mütəxəssisi ötən günlərdə kamera önünə keçərək “FAW Azərbaycan”ın təqdim etdiyi HongQi HS5 avtomobili ilə maraqlı bir vizual məhsul ərsəyə gətirib. Həmin video çarx “FAW Azərbaycan”ın sosial media hesablarında yayımlanıb.

Xatırladaq ki, FAW markasının Azərbaycanda yeganə və rəsmi distribütoru “CAHAN Motors” şirkətidir. “CAHAN Motors” alman mütəxəssislər tərəfindən qurulan rəsmi servis xidmətini də göstərir.

Avtomobil haqda ətraflı məlumat üçün 055 258 55 45 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

BAKU.WS
VİDEO