Lider mobil operator iPhone pərəstişkarları üçün yeni kampaniya təqdim edir.

“Azercell Telekom” MMC noyabr ayının 20-dən etibarən Azercell Eksklüziv mağazalarında iPhone 12 Pro Max və iPhone 12 Mini telefonlarının satışına start verib. Lider mobil operator internetin inanılmaz sürətini dünyanın ən güclü performansına malik smartfonları vasitəsilə hiss etmək imkanı yaradıb. Apple brendi ilə birgə əməkdaşlıqda abunəçilərini növbəti kampaniya ilə sevindirən Azercell, iPhone smartfonlarının yeni modellərini alan hər bir abunəçiyə 3 ay ərzində hər ay 50 GB həcmində internet paket hədiyyə edir.

Xatırladaq ki, Azərbaycanda Apple şirkətinin yeganə rəsmi telekom tərəfdaşı olan Azercell, noyabr ayının 6-dan etibarən eyni şərtlər ilə iPhone 12 və iPhone 12 Pro telefonlarının  da satışına  başlayıb.

Yeni iPhone smartfonlarının açdığı sərhədsiz imkanları Azercell ilə kəşf edin!

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/devices/iPhone12ProMax/

səhifəsinə keçid etməyiniz xahiş olunur.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi 99.2% (işğal altında olan ərazilər istisna olmaqla), ölkə əhalisi üzrə əhatə dairəsi 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.

BAKU.WS