SİZİN REKLAM BURADA!
055 213 76 73


Rolls-Royce müştəriləri üçün xüsusi hazırlanan Whispers tətbiqi markanın həvəskarları arasında populyarlıq qazanmağa davam edir.

Çoxsaylı istəklərlə Whispers tətbiqində qeydiyyat imkanları genişləndirildi - indi tətbiqin istifadəsi yalnız avtomobil sahibləri tərəfindən deyil, həm də həyat yoldaşları və tərəfdaşları tərəfindən istifadə edilə bilər. İlin əvvəlində istifadəyə verilən tətbiq qlobal pandemiya və təcrid rejiminin məhdudiyyətləri ilə bağlı bir neçə yeniləmə aldı.

Belə ki, səyahət etmək imkanı olmadığından bir çox müştərilər bu il Rolls-Royce zavodunu ziyarət edə bilmədi. Öz müştəriləri ilə sıx təmasda olmaq üçün marka Rolls-Royce komandası ilə videobağlantı funksiyasını tətbiq etdi.

Rolls-Royce müştəriləri artıq marka rəhbərliyi, sənətkarlar və Rolls-Royce məhsul mütəxəssisləri ilə evlərində rahatlıqla real vaxt şəraitində danışa bilərlər. Müştərilər gələcək avtomobillərinin yığılmasını izləyə bilərlər - məsələn, korpusun şassiyə necə qoşulduğunu görə bilər (bu prosesə (“marriage”) "evlilik” deyilir) və ya kapotda "Ecstasy Spirit" heykəlciyinin quraşdırılmasını izləyə bilərlər.

Yeni "Ghost"un təqdimatı bu xidmətin populyarlığını artırdı. Müştərilər Rolls-Royce dizaynerləri və mütəxəssisləri ilə materialları, rəng palitrasını seçmək və ya xüsusi hazırlanmış dizaynı müzakirə etmək üçün fərdi məsləhətləşmələr aparacaqlar.

Müştərilər mövcud tətbiq xidmətlərini yüksək qiymətləndirdilər. Belə ki, bayramqabağı mövsümdə virtual konsyerj xidmətləri və eksklüziv mallar xüsusi populyarlıq qazanır: Harri Potter haqqında kitabların ilk nəşri, “Hermes”in unikal çantaları və “Yeezy Boost 380” krossovkaları.

Bundan əlavə, tətbiqin istifadəçiləri öz avtomobillərinin virtual sərgisini keçirə bilər və onların kolleksiyalarını klubun digər üzvlərinə təqdim edə bilərlər.

Whispers proqramı fevralın 2020-ci ildə təqdim olmuş və Rolls-Royce dünyasına rəqəmsal qapıları açmışdır. Bu, dünyanın ən qapalı üzvlük klubudur – yalnız Rolls-Royce avtomobillərinin sahibləri tətbiqi isitifadə edə edirlər. Müştərilər tətbiq vasitəsilə "Grammy" səhnələrini ziyarət edə, moda həftəsində birinci sırada yer ala, "Oskar" mükafatının təqdimat mərasiminin qırmızı yoluna düşə, Uimbldon və ya Olimpiya Oyunlarında idmançılarla ünsiyyət qura bilərlər və bir çox başqa yerləri virtual ziyarət edə bilərlər. Whispers digər Rolls-Royce sahibləri və marka komandası ilə ünsiyyət üçün bir platformaya çevrilir. Bundan əlavə, Whispers sənət, xeyriyyəçilik, mədəniyyət, idman və biznes nəşr edən daxili redaksiya heyətinə malikdir.

BAKU.WS