İzmirdə Azərbaycanın İrandakı Səfirliyinə edilən hücuma etiraz olaraq aksiya keçirilib - FOTO

Azərbaycanın İrandakı Səfirliyinə edilmiş silahlı hücumla bağlı Türkiyənin İzmir şəhərində etiraz aksiyası keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı ilə aksiya Alsancak Kıbrıs Şəhidləri Caddəsində baş tutub.
Aksiyada mərkəzin sədri Cemal Mehmethanoğlu, İdarə Heyətinin üzvü Mesut Haray və jurnalist Nigar Ogeday çıxış ediblər. Onlar xain terror aktını şiddətlə pislədiklərini bildirərək bu qanlı olayı Azərbaycan dövlətinə qarşı yönəlmiş qəsd kimi qiymətləndiriblər.
Türkiyə ictimaiyyətinin hər zaman Azərbaycanın yanında olduğu bəyan edilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
