Zibilə atılan senarilər 800 funt sterlinqə satılacaq - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Friends" serialına aid ssenarilər hərraca çıxarılacaq.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 1998-ci ildə Londonda zibil qabına atılan iki original senari satışa çıxarılacaq.
Hərrac "Hanson Ross" adlı hərrac evində baş tutacaq.
Serialın 4-cü mövsümünün sonlarına aid senariləri "Fountain Studiyaları"nda işləyən işçilərdən biri tapıb.
Bu studiyalarda "The One With Ross's Wedding" bölümünün birinci və ikinci hissələri çəkilib.
Onu tapan şəxs bu bu senarilərə gerçək "Friends" izləyicisinin sahib olmalı olduğunu qeyd edib:
"Ssenariləri nə edim bilmirəm. Onları ofisimdəki rəfdə saxlayıram. Hansı aktyora aid ssenarilərdir onu da bilmirəm. Bu ssenarilərə həqiqi "Friends" izləyicisi sahib olmalıdır".
Ssenarilərin 600-800 funt sterlinqə satılacağı ehtimal edilir.
Qeyd edək ki, ötən il "Friends" aktyorlarından bir nəfər dünyasını dəyişib. Bu ekran işində "Chandler Bing" obrazına həyat verən məşhur aktyor Mety Perridir.
Qalereya
Oxşar xəbərlər
Qalmaqallı serialın yayımı dayandırıldı - RƏSMİ - FOTO
Türkiyədə səs-küyə səbəb olan "Kızıl Goncalar" serialının ötən günkü bölümünün yayımı qadağan edilib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə t...