Ziba Mustafayeva: "SOCAR-da çalışan qadınların sayında xeyli artım var"
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gender bərabərliyinə xüsusi diqqət ayırır.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Bakı Enerji Forumunun II günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda hər zaman sənaye sahəsində çalışan bəylərin sayı xanımlardan çox olub: “MDB ölkələrində də belə olub. 3 il əvvəllə müqayisədə bu gün artıq SOCAR-da çalışan qadınların sayında xeyli artım var”.
Z. Mustafayeva qeyd edib ki, son illər SOCAR-ın gənc nəsil üçün proqramları mövcuddur: “Ötən illər ərzində bu proqramlar həyata keçirilərək qadınların işə götürülmə imkanları artıb”.
SOCAR rəsmisi vurğualyıb ki, Bakı Ali Neft Məktəbindən də son illər xanım məzunların sayında böyük irəliləyişlər var.
Oxşar xəbərlər
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4 - FOTO
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Q...