Zəngilan və Füzulidə yükdaşımalar üçün hab yaradılır
Yeniliklərdən dərhal xəbərdar olun
Logistika şirkətlərindən biri "Araz Vadisi İqtisadi Zonası"na rezident kimi fəaliyyət göstərmək üçün İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə müraciət edib.
BAKU.WS xəbər verir ki, bunu Report-a açıqlamasında Agentliyin rəhbəri Elşad Nuriyev deyib.
Onun sözlərinə görə, şirkət 50-yə yaxın yük avtomobili alıb və Zəngəzur dəhlizi açıldıqdan sonra fəaliyyətə başlamaq üçün infrastruktur yaradır.
"Bununla yanaşı "FedEX", UPS, "ASE Express" və "Amerikan Express" şirkətlərinin yerli nümayəndəlikləri "Qarabağ Logistik" adlı şirkət yaradıblar. Əsas məqsəd orada ("Araz Vadisi İqtisadi Zonası"nda - red.) gömrük anbarlarının yaradılması, Zəngilan və Füzuli beynəlxalq hava limanlarında habların formalaşdırılması, beynəlxalq yükdaşımaların həyata keçirilməsidir",- deyə E.Nuriyev qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...