Zəngəzur dəhlizi investisiyaların cəlbi üçün fürsətə çevrilə bilər - Metyu Brayza
Yeniliklərdən dərhal xəbərdar olun
Zəngəzur dəhlizi investisiyaların cəlbi, yeni iş yerlərinin açılması və sənaye müəssisələrinin bərpası üçün fürsətə çevrilə bilər.
BAKU.WS-in məlumatına görə, bunu Trend-ə açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
Onun sözlərinə görə, bu dəhliz həm Ermənistan, həm Azərbaycan, həm də Türkiyə üçün iqtisadi əlaqələrin bərpasında böyük imkanlar yaradacaq:
"Zəngəzur dəhlizi Ermənistanın region iqtisadiyyatına inteqrasiyasına kömək edəcək. Ümid edirəm ki, qısa zamanda erməni siyasətçilər müharibədəki məğlubiyyət şokundan xilas olacaqlar və ölkədəki qərbyönümlü çoxluq "Böyük Ermənistan" mifindən əl çəkməyin və birlikdə ölkələrini yenidən qurmağın vaxtı gəldiyini başa düşəcəklər".
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...