Zəlzələ zamanı evdə olan müğənni: "Ağlamaqdan sarsıldım" - FOTO

Müğənni Zeynep Bastık ötən gün İstanbuldada hiss edilən zəlzələ zamanı dəhşətli anlar yaşadığını bildirib.
BAKU.WS Türkiyə KİV-ə istnadən xəbər verir ki, Türkiyənin 11 rayonunda yaşanan 6 fevral zəlzələsindən sonra Bastık Urladan özünə həyət evi almışdı. Ötən qardaş ölkədə yaşanan 4.9 bal gücündə zəlzələ zamanı sənətçi öz evində olub.
O yeraltı təkanların yaşadığı evdə də kifayət qədər hiss edildiyini vurğulayıb. Zeynep həmin an yaşadıqlarını sosial şəbəkə izləyiciləri ilə bölüşüb:
"Zəlzələ oldu. Yaşadığım ev çox silkələndi. Ağlamaqdan sarsıldım. Bu qorxu çox pis bir şeydir. Hamıya keçmiş olsun".


Oxşar xəbərlər
“Əsrin fəlakəti”ndən bir il ötür - FOTO
Türkiyədə həyatın saat 04.17 radələrində durduğu vaxt... BAKU.WS xatırladır ki, Türkiyədə 6 fevral 2023-cü ildə mərkəzi Kahramanmaraş olan və 11 vilayətdə baş v...