Zəlzələ bölgəsində olan Fulya: "Bura cəsəd qoxusu ilə ümid qoxusunun qarışdığı yerdir" - FOTO

Zəlzələ bölgəsində olan Fulya: Bura cəsəd qoxusu ilə ümid qoxusunun qarışdığı yerdir - FOTO
Siyasət 165

Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk qardaş ölkədə baş verən güclü zəlzələ ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, təbii fəlakət bölgəsində olan Öztürk şahidi olduğu hadisələri sözlə ifadə etməyə çətinlik çəkib.

O, əsrin fəlakətinin heç vaxt unudulmayacağını, artıq heçnəyin əvvəlki kimi olmağaycağını bildirib:

"Mənim üçün heç nə əvvəlki kimi olmayacaq. Gözlərimlə neçə cəsəd gördüm, sözlə ifadə edə bilmirəm. Dağıntılar altından sağ çıxarılan insanlar da gördüm. Çox şükür. Hər zaman hamıda zəlzələ ilə bağlı travmalar olacaq. İkinci zəlzələdə önümüzdə olan binalar çökdü. Mən burada qiyamət gününü yaşadım. O qədər müharibə bölgələrində oldum. Bura cəsəd qoxusu ilə ümid qoxusunun bir-birinə qarışdığı yerdir".

Zəlzələ bölgəsində olan Fulya:

Son xəbərlər