Fulya Öztürkdən üzücü xəbər
Türkiyənin "Fox” televiziyasında yayımlanan "Fulya ile umudun olsun” proqramının aparıcısı Fulya Öztürk gələcək karyerası barədə açıqlama verib.
BAKU.WS xəbər verir ki, 44 günlük Vətən müharibəsində xüsusi xidmətləri olmuş tanınmış jurnalist özünü sosial yönümlü verilişlərdə görmək istəmədiyini söyləyib:
"Ağlım və ruhum həmişə xəbərlərin yanında olur, yeni mövsümdə aparıcısı olduğum verilişdə olmayacam”.
F.Öztürk qərarı barədə "Fox” televiziyasının rəhbərliyini məlumatlandırdığını və yeni mövsümdən ekrana fərqli proqramla çıxmaq niyyətində olduğunu bildirib.
Xatırladaq ki, Vətən müharibəsi zamanı Fulya Öztürk Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb. O, müharibənin əvvəlindən sonunadək ən qaynar nöqtələrdə olub, xüsusən Ermənistan ordusunun Gəncə əhalisinə qarşı törətdiyi cinayətləri işıqlandırıb.
Oxşar xəbərlər
Ukraynalı jurnalist Azərbaycanın işğaldan azad olunan ərazilərindən geniş reportaj hazırlayıb - FOTO
Azadlıq Radiosunun Ukrayna xidmətinin saytında Azərbaycanın işğaldan azad olunan əraziləri ilə bağlı geniş məqalə dərc edilib. BAKU.WS "AZƏRTAC"a istinadən xəbə...