Zelenskidən rusiyalı əsgərlərə müraciət: "Yaşamaq istəyirsinizsə, qaçın"
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna prezidenti Volodimir Zelenski növbəti dəfə ruslara müraciət edib.
BAKU.WS xəbər verir ki, Zelenski ölkənin düşmənlərini Ukrayna torpağına çıxmamağa, həmçinin Ukrayna ruhuna və Ukrayna mədəniyyətinə toxunmamağa çağırıb.
“Yalnız rus dilini başa düşənlər üçün bir daha təkrar edirəm. Yaşamaq istəyirsinizsə, qaçın. Yaşamaq istəyirsinizsə, təslim olun. Yaşamaq istəyirsinizsə, öz azadlığınız üçün küçələrdə mübarizə aparın. Hansınızın neft buruqları var? Saraylarınız var? Üzüm bağlarınız var? Bəlkə, yaxtalarınız var? Yoxsa hansısa bank? Nə üçün mübarizə aparırsınız? Yalnız kreditiniz var, axşama yeməyə bir şey və indisə - səfərbərlik” - dövlət başçısı bildirib.
Oxşar xəbərlər
Zelenskinin xanımı: "Yerindən qalxaraq iş paltarını geyinməsi 5 dəqiqə çəkir"
“Yerindən qalxıb, dişlərini fırçalaması, iş paltarını geyinməsi cəmi 5 dəqiqə çəkir”. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu “The Guardian”a müsahibəs...