Zelenskidən növbəti müraciət: “Mübarizə aparın!”
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının nəzarətinə keçmiş ərazilərdə yaşayan əhalini düşmənlərlə mübarizəyə çağırıb.
“Donbas! Barəndə deyilənləri xatırla: “Donbasa heç kim diz çökdürə bilməyib! Heç kim də diz çökdürə bilməz! Bu sözləri Donetsk və Luqanskda hər kəs bilir. Bunu tez-tez təkrarlayıblar. Bəs indi? Donbas, indi əsl vaxtıdır!”, - deyə V.Zelenski qeyd edib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, V.Zelenski əhalini azadlığı uğrunda mübarizəyə səsləyib.
“Hüquqlarınız, azadlığınız uğrunda mübarizə aparın! Xersonla birlikdə, Berdyanskla birlikdə, Kiyevlə və həyatı qiymətləndirən, ondan qorxmayan bütün digər Ukrayna şəhərləri ilə birlikdə mübarizə aparın!”, - deyə Ukrayna lideri qeyd edib.
Oxşar xəbərlər
Ukrayna Türkiyədən dəstək istədi
Ukraynanın Türkiyədəki səfirliyi bu gün rəsmi Ankaraya çətin zamanda ona dəstək verməklə bağlı çağırış edib. BAKU.WS “tass.ru”ya istinadən xəbər verir ki, səfir...