Zelenski Ukraynada "Qanunvericiliyin sovetsizləşdirilməsi haqqında" qanunu imzalayıb

Zelenski Ukraynada Qanunvericiliyin sovetsizləşdirilməsi haqqında qanunu imzalayıb
Siyasət 53

Ukrayna Prezidenti Volodimir Zelenski "Qanunvericiliyin sovetsizləşdirilməsi haqqında" qanunu imzalayıb.

BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk feysbukda məlumat verib.

Onun sözlərinə görə, indi qanunvericilikdə "Böyük Oktyabr Sosialist İnqilabının qələbələri" qeyd edilməyəcək, "Leninin kommunist cəmiyyəti quruculuğu ideyalarını" həyata keçirmək istəyi, Kommunist Partiyası tərəfindən hazırlanmış proqramlara istinad yoxdur.

Stefançuk bildirib ki, ümumilikdə 1 200 civarında dövlət aktı "təmizlənib".

Həmçinin o qeyd edib ki, Ukrayna Nazirlər Kabinetinə də yaxın vaxtlarda eyni prosesi öz qurumlarında həyata keçirmək, habelə yeni Əmək Məcəlləsi, Mənzil Məcəlləsi və İnzibati Xətalar Məcəlləsini hazırlamaq tapşırılıb.

Son xəbərlər