Zelenski: Ukrayna noyabrın sonuna qədər ölkədə sülhə nail olmaq üçün plan hazırlamağı planlaşdırır
27
iyl
2024
23:12
Ukrayna 2024-cü ilin noyabr ayının sonuna kimi ölkədə sülhə nail olmaq üçün fəaliyyət planı hazırlamağı planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya ictimai televiziyasına (NHK) müsahibəsində bildirib.
O, administrasiyası və diplomatik komandası qarşısında belə vəzifə qoyduğunu vurğulayıb.
Zelenski Ukrayna ordusunun gücləndirilməsi, ilk növbədə ABŞ tərəfindən dəstək göstərilməsinin, eləcə də Rusiyaya qarşı beynəlxalq diplomatik təzyiqlərin münaqişəni ədalətli nəticəyə gətirəcək üç komponent olduğunu söyləyib.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...