Zelenski: "Ukrayna bütün ərazilərini qaytarmağa hazırlaşır"
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna bütün ərazilərini qaytarmağa hazırlaşır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Financial Times”a müsahibəsində deyib.
"Biz texnologiya baxımından geridəyik, ona görə də hücum edə bilmirik. Daha çox itki verəcəyik və insanlar mənim prioritetimdir", - Zelenski bildirib.
O əlavə edib ki, Qərb sanksiyaları Moskvanın mövqeyinə əslində təsir göstərməyib və qələbə döyüş meydanında əldə edilməlidir.
Ukrayna lideri, eyni zamanda Putinlə sülh danışıqlarına hazır olduğunu vurğulayıb.
O, həmçinin qeyd edib ki, Rusiya ilə danışıqlar yalnız fevralın 24-dək olan sərhədlərə qayıdış olarsa, mümkündür.
Oxşar xəbərlər
Zelenski Rusiya ilə danışıqların bərpası üçün şərtini açıqladı
Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyanın NHK telekanalına müsahibəsində ölkəsinin Rusiya ilə danışıqları hansı halda bərpa edəcəyini açıqlayıb. BAKU.WS...