Zelenski: “Türkiyənin Ukraynanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyindən məmnunuq”
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı prinsipial və dəyişməz mövqeyindən məmnunuq”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında bu fikirləri bildirib.
Müvəqqəti olaraq işğal edilmiş Ukrayna torpaqları Donbas və Kırım haqqında Türkiyə tərəfinə ətraflı məlumat verdiyini deyən V.Zelenski Kırımda insan haqlarının pozulmasına da diqqət çəkib.
V.Zelenski R.T.Ərdoğanın Kırım Platforması Formatına və bu istiqamətdə bu il avqustun 23-də Kiyevdə keçirilən toplantıya qatılacağına görə təşəkkür edib: “Bu toplantı Ukraynanın və ortaqlarının Kırımın işğalına və Ukrayna ilə Kırım tatarları xalqlarının haqlarını qorumaq istiqamətində çox önəmli mesaj verəcək”.
Oxşar xəbərlər
Zelenski onu müharibəni "dəstəkləməkdə" günahlandıran erməni rejissora cavab verdi
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevi Azərbaycana fosfor bombası satmaqda günahlandıran erməni əsilli rusiyalı rejissor, film sənayesindəki həmkarı Sarik...