Zelenski İsrailin Ukrayna müharibəsində neytrallığını tənqid edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Vladimir Zelenski İsrailin Ukrayna müharibəsində neytrallığını tənqid edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Prezident Zelenski bu barədə "Haaraetz"in təşkil etdiyi konfransda onlayn formatda çıxışı zamanı deyib.
Ukrayna Prezidenti İsrail liderlərinin Kiyevi dəstəkləməmək qərarının Rusiyanın İranla hərbi tərəfdaşlığını təşviq etdiyini bildirib.
"Sizin siyasətçiləriniz vaxtında yalnız bir qərar qəbul etsəydilər, onların bu ittifaqı, sadəcə olaraq, baş tutmazdı... Və deyəsən, bu qərar, çoxdan qəbul edilib - 2014-cü ildə, Rusiya Ukraynaya qarşı təcavüzünə başlayanda. Qərar “Kremli qıcıqlandırmamaq, Ukraynaya real kömək etməmək idi”, Zelenski deyib.
Ukrayna prezidenti Vladimir Zelenski onu da qeyd edib ki, Moskvanın Tehranla hərbi əməkdaşlığı, çox güman ki, Rusiyanın İrana nüvə proqramının inkişafında yardım etməsi ilə nəticələnəcək: "İsrail iki ölkənin inkişaf edən ittifaqının qarşısını ala bilərdi".
Oxşar xəbərlər
Putin nüvə silahından istifadə edəcək? - ABŞ və Britaniya kəşfiyyatından HESABAT
Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda Prezident Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı açıqlamaları dünyanı qor...