Zelenski Rusiya əmlakının müsadirəsi haqqında fərmanı Radaya təqdim etdi
11
may
2022
19:56
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının və onun sakinlərinin mülkiyyət hüququ obyektlərinin məcburi müsadirə edilməsi haqqında fərmanı Ali Radaya təqdim edib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, fərmanı təsdiq edən müvafiq qanun layihəsi Ukrayna parlamentinin saytında 7371 nömrəli qeydiyyatdan keçib.
Fərman 6 aydan gec olmayaraq Ukrayna Ali Radası tərəfindən təsdiq edilməlidir.
Qeyd edilir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası 2022-ci il mayın 11-də Rusiyanın mülki obyektlərini zorla müsadirə etmək barədə qərar qəbul edib.
Oxşar xəbərlər
Ukraynada hərbi vəziyyət rejimi mayın 25-dək uzadıldı
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyət rejiminin daha 30 gün uzadılması barədə layihəni qəbul edib. Bu barədə BAKU.WS UNİAN-a istinadla xəbər verir. Hərbi vəz...