Zelenski: “Putinlə tez və ya gec bir araya gələcəm”
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya dövlət başçısı Vladimir Putinlə tez və ya gec dialoq üçün bir araya gələcəyini və bu görüşün Qüdsdə belə təşkil edilə biləcəyini bildirib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Zelenski "Telegram" hesabından paylaşdığı görüntülü mesajda müharibənin 25-ci gününü dəyərləndirərək "Rus ordusu 25 gündür icad ettiyi Ukrayna nasistlərini axtarır, ama tapmır" deyib.
Zelenski rus ordusunun 20 martda Mariupolda həyata keçirdiyi hava hücumu nəticəsində çox sayda insanın sığındığı məktəb binasının dağıldığını qeyd edib.
"Hələlik neçə insanın həyatda qaldığını bilmirik, amma bombanı atan pilotun mütləq tapılıb sivilləri öldürən digər pilotlar kimi cəzalandırılacağına əminim", - deyə o əlavə edib.
Oxşar xəbərlər
Zelenski Putinlə birbaşa danışıqlara hazırdır - Prezidentin ofisi
Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə birbaşa danışıqlara hazırdır. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ukra...