Zelenski: “Prezidentin öldürüləcəyi təqdirdə hökumət planı var”
“Ukrayna parlamentli prezident respublikasıdır və hakimiyyət ölkə rəhbərliyindən kiminsə öldürülməsi ehtimalı ilə bağlı müxtəlif variantlar təqdim edib”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davos forumunda deyib.
Zelenskidən Rusiyanın Ukrayna Prezidentinə qarşı sui-qəsd cəhdlərindən birinin uğur qazanacağı təqdirdə planlarının olub-olmamasını iki dəfə soruşublar.
"Qanunvericiliyimizə görə, dövləti idarə edəcək kimsə var. Biz hazırlaşmışdıq, mən də, Baş nazir də, parlamentin başçısı da. Bizdə parlamentli prezident respublikası var", - dövlət başçısı deyib.
O, həmçinin vurğulayıb ki, bu və ya digər hakimiyyət itkisi olsa, ona hazırdırlar.
"Biz Nazirlər Kabinetini 2 hissəyə böldük, bu, iki dəfə idi ki, ölkə belə nəticələrdən də qorunsun", - Zelenski bildirib.
Prezident əlavə edib ki, belə bir təhlükə hər gün qalır: "Amma mən sağ olduğum müddətdə və bu holoqram deyil, mən həqiqətən sizinlə danışıram".
Oxşar xəbərlər
Zelenski: "Ukrayna özündən 28 dəfə böyük olan ölkəyə qarşı müqavimət göstərir"
Ukrayna Prezidenti Volodimir Zelenski Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışı zamanı ölkəsindəki müsəlmanların Ramazan ayında əllərində silahla Ukrayna...