Zelenski məmuru iclasdan qovdu: Rədd ol, quldur! - VİDEO
10
iyl
2019
16:22
Ukrayna Prezidenti Vladimir Zelenski Borispolda keçirdiyi görüş zamanı məmuru zaldan qovub.BAKU.WS “112 Ukraina”ya istinadən xəbər verir ki, iclasın gedişində Borispol Şəhər Şurasının katibi Yaroslav Qodunok spikerin sözünü kəsib. Bu isə Zelenskini əsəbiləşdirib.Dərhal onun haqqında internetdə araşdırma aparan Zelenski Qodunokun daha öncə məhkumluq həyatı yaşadığını öyrənib. Məlumata görə, katib soyğunçuluq edərək ağır yaralanmaya səbəb olma maddəsi üzrə həbsdə olub.Bu barədə məlumatı Qodunokun özündən dəqiqləşdirən Zelenski katibi zaldan qovub. "Rədd ol burdan, quldur! Otaqdan çıx. Get gəz. Məni pis eşidirsən?", - deyə Zelenski Qodunoka deyib.
Oxşar xəbərlər
SOCAR prezidenti Ukraynanın Milli İnvestisiya Şurasına üzv seçilib
Ukrayna Prezidenti Vladimir Zelenski Milli İnvestisiya Şurasının yeni tərkibini təsdiqləyib.BAKU.WS “Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, siyahıda...