Zelenski gün ərzində neçə saat yatır?

Zelenski gün ərzində neçə saat yatır?
Siyasət 274

Türkiyənin "Habertürk" televiziyasına müsahibə verən Ukrayna prezidenti Volodimir Zelenski müharibə şəraitində ailəsinə ayırdığı vaxtdan və gün ərzində neçə saat yatmasından danışıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, 44 yaşlı siyasətçi bildirib ki, düzgün qərarlar verə bilmək üçün özünü qorumağa çalışır:

“Cəmi beş saat yatıram. Gün ərzində müxtəlif insanlarla görüşürəm. Müxtəlif qərarlar verməyimiz lazım olur. Ailəmlə daimi əlaqə saxlayıram, amma bu barədə daha ətraflı məlumat vermək istəmirəm”, - deyə türkiyəli jurnalistin sualını cavablandıran V.Zelenski bildirib.

Son xəbərlər