Zelenski Fransa parlamentinə müraciət ünvanladı

Zelenski Fransa parlamentinə müraciət ünvanladı
Siyasət 68

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa parlamentini Ukraynaya kömək etməyə çağırıb.

BAKU.WS UNİAN-a istinadən xəbər verir ki, prezident bu barədə parlamentdə təşkil edilən telemarafonda bildirib.

Zelenski Fransaya Ukraynanın və dünyanın təhlükəsizliyinin təminatçılarından birinə çevrilməyi təklif edib.

"Təhlükəsizliyin sarsılmaz olacağına və həqiqətən də müharibə olmayacağına dair zəmanətlərə ehtiyacımız var. İnanıram ki, Fransa bu sistemdə aparıcı rol oynayacaq”, - Ukrayna lideri deyib.

O, Fransa parlamentinə silahlanmaya kömək etmək və növbəti sanksiyalar paketi hazırlamaq, eləcə də fransız şirkətləri vasitəsilə Ukraynadakı müharibəni maliyyələşdirməmək barədə çağırış edib.

Son xəbərlər