Zelenski Donbasdakı vəziyyət haqqında: "Ən çətin və ağrılı döyüşlərdən biridir"

"Ən çətin və ağrılı döyüşlərdən biri Donbasdadır".
BAKU.WS UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində söyləyib.
O, qeyd edib ki, yazın ilk həftəsi Ukrayna əsgərləri və dövlətin müdafiəsinə kömək edən hər kəs Ukrayna qələbəsini daha da yaxınlaşdırıb.
"Bu gün Donbasda döyüşən əsgərlərin cəsarəti, gücü və əyilməzliyini xüsusi qeyd etmək istərdim. Ən çətin və ağrılı döyüşlərdən biri gedir", - deyə Zelenski bildirib.
Ukrayna Prezidenti Baxmut, Uqledar, Avdiyiv, Seversk, Svatovsk, Liman və Zaporojye istiqamətlərində dövləti müdafiə edən hər kəsə təşəkkür edib.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...