Zelenski: "Bu hücum 1941-ci ildə Kiyevə edilən hücuma bənzəyir"
25
fev
2022
09:50
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ikinci gün ardıcıl olaraq Ukraynanın dinc şəhərlərinə raket zərbələri endirir.
BAKU.WS "Unian"a istinadla xəbər verir ki, bu barədə ölkə başçısı video müraciətində bildirib.
Prezidentin sözlərinə görə, ruslar məqsədlərə uyğun hərəkət etməyərək təkcə hərbi obyektlərə deyil, yaşayış evlərinə də hücum edirlər.
Zelenski vurğulayıb ki, əksər istiqamətlərdə düşmənin fəaliyyəti dayandırılıb, döyüşlər gedir.
O qeyd edib ki, bu hücum 1941-ci ildə Kiyevə edilən hücuma bənzəyir.
Oxşar xəbərlər
Mühasirəyə alınan Xarkovda ağır döyüşlər gedir, azərbaycanlılar arasında itki yoxdur
“Xarkovda ağır döyüşlər gedir”. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov deyib. M. Ömərov bildir...