Zaxarovadan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin gözlənilən görüşü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı dövlətlər arasında münasibətlərdəki vəziyyəti müzakirə etmək üçün növbəti üçtərəfli sammit üçün Rusiyaya dəvət edib.
Bu barədə bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasında deyilir.
“Burada üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrinin müzakirəsi planlaşdırılır”, - Zaxarova bildirib.
Mənbə: TASS
***10:19
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada görüşə və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilərlər.
BAKU.WS xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.
Bildirilir ki, artıq görüşlə bağlı işlərə başlanılıb.
Qeyd edilir ki, danışıqlar oktyabrın son günlərində aparıla bilər. Tədbirin keçirilməsi üçün ehtimal olunan əsas yerlər Moskva və Soçi hesab olunur.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...