Zaxarova: Rusiyada Heydər Əliyevin xatirəsi qorunur

Rusiyada Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin irsinə hörmətlə yanaşır, onun görkəmli dövlət xadimi kimi xatirəsini qoruyurlar.
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
O xatırladıb ki, 2023-cü ildə Moskva və Rusiyanın digər şəhərlərində onun anadan olmasının 100 illiyi münasibətilə xatirə tədbirləri keçirilib, hazırda isə Rusiyada H.Əliyevin abidəsinin təməlinə simvolik daş qoyulub.
"Ucaldılacaq abidə ölkələrimiz üçün mühüm mədəni-humanitar hadisə olacaq", - M.Zaxarova qeyd edib və yeni birgə layihələrin gözlənildiyini əlavə edib.
Oxşar xəbərlər
Bakıda məhkəmə və Paşinyanın təşvişi
Ən yaxşı müdafiə hücumdur. Görünən odur ki, Ermənistan baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bu zərbi-məsəldən çıxış edərək, Bakıda hərbi c...
