Zaxarova: Moskva və İrəvan Rusiya bazasının Ermənistandan çıxarılmasını müzakirə etməyib
Moskva və İrəvan daimi dialoqdadır, lakin Rusiya bazasının Ermənistan ərazisindən çıxarılması məsələsi tərəflər arasında heç vaxt müzakirə olunmayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "News.ru" portalının sualını cavablandırarkən brifinqdə bildirib.
O qeyd edib ki, Moskva İrəvanla bütün istiqamətlərdə müntəzəm dialoqa malikdir: "Bu məsələ praktiki müstəvidə heç vaxt qaldırılmayıb".
"Ola bilsin ki, bu məsələ Ermənistanın cəmiyyətləri, ictimai qrupları və ya ekspert dairələri daxilində müzakirə olunub. Bu başqa məsələdir. Lakin İrəvanla qarşılıqlı əlaqəmizdə bu məsələ qaldırılmayıb", - M.Zaxarova vurğulayıb.
Oxşar xəbərlər
AQEM Gənclər Şurasının 9-cu iclası keçirilir
Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində AQEM Gənclər Şurasının 9-cu...