Zakir Həsənov bu şəxsləri təltif etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev və TƏBİB-in Tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyevanı təltif edib.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, onlar döyüş əməliyyatları zamanı Müdafiə Nazirliyinin tibbi hərbi hissə və müəssisələrinin işinin fasiləsiz təmin olunmasına, yaralılara tibbi yardımın təşkilinə, zəruri avadanlıq, dərman vasitələri və digər ləvazimatlarla layiqli təminatına töhfə verdiklərinə görə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən Fəxri Fərmanla təltif olunublar.
Qalereya
Oxşar xəbərlər
QHT-lər Rusiyanın media və jurnalist təşkilatlarına müraciət etdi
Azərbaycan QHT-ləri Rusiya Federasiyasının media və jurnalist təşkilatlarının nümayəndələrinə müraciət edib. BAKU.WS xəbər verir ki, müraciətdə deyilir: "Əziz d...