Yüzlərlə insanın öldüyü “Rönesans Rezidans”ın sahibi Monteneqroda tapıldı - 15 il həbs oluna bilər - FOTO

Yüzlərlə insanın öldüyü “Rönesans Rezidans”ın sahibi Monteneqroda tapıldı - 15 il həbs oluna bilər - FOTO
Foto
Siyasət 253

Türkiyədə baş verən güclü zəlzələdə yüzlərlə insana məzar olan “Rönesans Rezidans”ın ikinci sahibi olduğu üzə çıxıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 2013-cü ildə inşa edilən binanın digər sahibi Hüseyin Yalçın Coşkunun Monteneqroda olduğu bəlli olub.

Bundan sonra Hatay şəhəri Baş Prokurorluğunun zəlzələ cinayətlərinin araşdırılması bürosu yanvarın 10-da xarici ölkəyə gedən Hüseynin Türkiyə dövlətinə qaytarılması üçün müraciət edib.

Hatay Baş Prokurorluğunun Monteneqroya göndərilmək üçün hazırlanmış sənədlərində Hüseynin 15 il həbs cəzası alacağı bildirilib.

Xatırladaq ki, Hüseynin qardaşı Mehmet Yaşar Coşkun (“Rönesans Rezidans”ın birinci sahibi) Türkiyədən qaçarkən hava limanında tutularaq həbs edilib.

Son xəbərlər